Bu dəfə hər şey bizim xeyrimizə oldu Kurtua

02.07.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belçika millisi dünya çempionatının 1/16 final mərhələsində Seneqal yığması üzərində əzmkar qələbə qazanıb.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın qapıçısı Tibo Kurtua oyun barədə fikirlərini bölüşüb. 34 yaşlı qolkiper qarşılaşmanın çox çətin keçdiyini bildirib:

​"Çox çətin bir oyun keçirdik. Görüşün gedişində 0:2 hesabı ilə geri düşsək də, özümüzə inanmağa davam etdik. Bir qol meydandakı vəziyyəti kökündən dəyişə bilər. Bu dəfə hər şey bizim xeyrimizə oldu. Komandamla fəxr edirəm".

Xatırladaq ki, Belçika yığması əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib. Rudi Qarsiyanın yetirmələri 1/8 finalda ABŞ millisi ilə qarşılaşacaq.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью