Bu dəfə ikinci liqa klubuna keçdi

23.01.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Belçika millisinin sabiq futbolçusu Raca Nainqqolan karyerasını yenidən Avropada davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi “Lokeren”ə keçib. Bu barədə Belçika klubunun mətbuat xidməti məlumat yayıb. Nainqqolan ilə müqavilə mövsümün sonuna kimidir. 

“Lokeren” hazırda Belçikanın 2-ci liqasında çıxış edir.

Qeyd edək ki, Racca son olaraq İndoneziyada “Bayanqkara” klubunda çıxış edib. O, daha əvvəl “Roma”, “İnter”, “Kalyari”, “Antverpen” və SPAL-da da oynayıb.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью