Bu dəfə insan və robot rinqə çıxdı Video

21.09.2026

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


ABŞ-nin San-Fransisko şəhərində Ceyms Kameronun eyniadlı filmindəki “Terminator” modelində hazırlanmış robotla bloqer Frenki Lapenna arasında döyüş baş tutub.
Yeniavaz.com
xəbər verir ki, döyüş REK şirkəti tərəfindən təşkil edilib və qarşılaşmanın görüntüləri onların “X-Force” sosial şəbəkə hesabında yerləşdirilib.
Döyüş zamanı iştirakçılar bir-birlərinə zərbələr endiriblər.
Ancaq döyüş o qədər də uzun sürməyib. Boyu 180 santimetrdən bir qədər çox olan robot Lapennanı sinəsindən güclü bir zərbə vuraraq, yerə yıxıb.
İnsan-robot qarşıdurmasının videosu qısa bir vaxtda viral olub. Təşkilatçılar gələcəkdə də oxşar tədbirlər keçirməyi planlaşdırırlar.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью