Bu dəfə Madyara yumurta atdılar Video

27.09.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Macarıstan Baş naziri Peter Madyara ölkə turu çərçivəsində Szolnok şəhərində çıxışı zamanı yumurta atılıb.

“Qafqazinfo” xəbər verir ki, yumurta baş nazirə dəyməyib.

Hadisədən dərhal sonra mülki geyimli polis əməkdaşları yumurtanı atan şəxsi saxlayıblar.

Madyar isə insidentə yumorla yanaşaraq yumurtaların son vaxtlar bahalaşdığını deyib və çıxışını davam etdirib. Bildirilir ki, saxlanılan şübhəli yumurtanın Madyarın başına dəyməməsinə təəssüfləndiyini söyləyib.

Tədbirin əvvəlində də Madyar əleyhinə başqa bir etiraz baş verib. “Telex” və “Kontroll”un məlumatına görə, izdihamdan səhnəyə doğru bir stəkan içki atılıb, lakin stəkan səhnəyə çatmayıb. Madyar bu hadisəyə də sakit reaksiya verib.

Qeyd edək ki, ötən həftə festivalda iştirak edən Madyara içki atılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью