Bu dəfə məktəbli qız Makron çıxış edərkən huşunu itirdi Video

24.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Fransa Prezidenti Emmanuel Makronun Tuluza şəhərində çıxışı zamanı məktəbli qızlardan birinin qəfil halı pisləşib.
Bizim.Media xəbər verir ki, hadisə noyabrın 23-də dövlət başçısının “Airbus” şirkətinin Blanyakdakı müəssisəsinə səfəri zamanı baş verib.
Makronun çıxışını dinləyən məktəbli qızın vəziyyəti pisləşdikdə mühafizəçilər dərhal ona kömək edərək zaldan çıxarıblar.
Prezident nitqinə fasilə verərək qıza su verilməsini istəyib və öz stəkanını ona təqdim edib.
Makron hadisənin uzun müddət ayaqüstə dayanmaqdan qaynaqlana biləcəyini bildirib. Onun sözlərinə görə, xüsusilə səhər yeməyi yeməyən və ya erkən qidalanan insanlarda belə hallar baş verə bilər.
Daha sonra prezident digər iştirakçıların da vəziyyəti ilə maraqlanaraq çıxışını davam etdirib.
Xatırladaq ki, noyabrın 12-də Fransa Prezidenti Emmanuel Makronun Slovakiya Prezidenti Peter Pelleqrini ilə Yelisey sarayında görüşü zamanı gözlənilməz hadisə baş verib. Rəsmi qarşılama mərasimində xidmət edən iki əsgər qısa fasilə ilə huşunu itirərək yerə yıxılıb.
Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью