Bu dəfə “Miss Earth” müsabiqəsininin qalibini seçdilər FOTOLAR

25.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ətraf mühitin və təbii həyatın qorunması məqsədilə 2001-ci ildən keçirilən “Miss Earth” müsabiqəsinin qalibi məlum olub.

"Unikal" xəbər verir ki, Filippində keçirilən yarışmada 75 rəqibini geridə qoyaraq tacı avstraliyalı "ekoloji döyüşçü" Jessica Lane qazanıb. 

Qalibiyyətdən sonra mətbuata açıqlama verən Jessica Lane iqlim və ətraf mühit məsələlərinə diqqəti cəlb edəcəyini bildirib. 

"Mən təbiət anasının səsi olmaq istəyirəm. Həqiqətən ətraf mühiti müdafiə etmək üçün buradayam", - "Miss Earth" titulunu qazanan ilk avstraliyalı olan 22 yaşlı Jessica ifadə edib. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью