Bu dəfə mundial hakimi ilk matçını buraxacaq

13.06.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Bu dəfə mundial hakimi ilk matçını buraxacaq

İngiltərəli hakim Maykl Oliver zədə səbəbindən 2026-cı il dünya çempionatındakı ilk matçını buraxacaq.

QOL.az xəbər verir ki, E qrupunda Kot-d'İvuar - Ekvador qarşılaşmasına təyinat alan Oliveri fransalı həmkarı Fransua Leteksye əvəz edəcək.

FİFA-nın yaydığı açıqlamada Oliverin zədəsinin ciddi xarakter daşımadığı, təcrübəli referinin yaxın günlərdə tam bərpa olunaraq yenidən oyunlara təyinat alacağı bildirilib.

Qeyd edək ki, Maykl Oliver 2010-cu ildən etibarən İngiltərə Premyer Liqasının matçlarını idarə edir. O, 2018-ci ildə UEFA-nın elit hakimlər siyahısına daxil edilib və son illərdə beynəlxalq futbolun ən nüfuzlu referilərindən biri kimi tanınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью