Bu dəfə parlamentdə maliyyə naziri kimi əsas hədəfi açıqladı

27.05.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hesabat ilində icra olunmuş 21.3 milyard manat məbləğində cari xərclərin 90%-i və ya 19.2 milyard manatı qeyri-neft-qaz sektoru üzrə daxilolmalar hesabına qarşılanıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

“Bu indekator da bizim üçün çox önəmlidir. Gələcək maliyyə sabitliyimizin qorunması baxımından ana hədəfimiz büdcənin cari xərclərinin məhz qeyri-neft gəlirləri hesabına qarşılanmasıdır. 2024-cü ildə bizim bu göstəricimiz 90% olub, yaxın perspektivdə - 2026-cı ilin büdcəsində növbəti 3 ilin büdcəsini təqdim edən zaman bu hədəfin üzərinə gələcəyik. Yaxın perspektivdə cari xərclərin 100%-nin məhz qeyri-neft gəlirləri hesabına örtülməsini proqnozlaşdırırıq”, - deyə nazir bildirib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью