Bu dəfə Şamaxı azarkeşləri seçildilər

08.04.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 29-cu turunun oyunlarını stadiondan izləyən azarkeşlərin sayı müəyyənləşib. Sport24.az xəbər verir ki, beş matçda ümumilikdə 4599 fanat qeydə alınıb.
"Səbail" - "Turan Tovuz" görüşündə (0:0) 750, "Sabah" - "Kəpəz" duelində (0:1) 1149, "Qarabağ" - "Zirə" oyununda (1:0) 800, "Şamaxı" - "Neftçi" matçında 1500, "Araz-Naxçıvan" - "Sumqayıt" (2:0) qarşılaşmasında 400 tamaşaçı olub.
Qeyd edək ki, 30-cu tura aprelin 11-də start veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью