Bu dəfə təyyarənin şassisində iki nəfərin MEYİTİ TAPILDI

07.01.2025

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Florida ştatının Fort Lauderdeyl hava limanında təyyarənin eniş şassisində iki nəfərin cəsədi tapılıb.

Publika.az xəbər verir ki, bu barədə "JetBlue" məlumat yayıb.

Ölənlər Nyu Yorkdakı Con Kennedi hava limanından uçuşdan sonra təyyarəyə texniki baxış zamanı aşkarlanıb . Hazırda onların şəxsiyyəti və hansı şəraitdə təyyarənin göyərtəsində olduqları müəyyən edilir.

Aviaşirkət fövqəladə vəziyyətin bütün təfərrüatlarını aydınlaşdırmaq üçün hakimiyyət orqanları və istintaqla əməkdaşlığa hazır olduğunu bəyan edib.

Hüseyn İbadlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью