Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Daha əvvəl vətəndaşların ərzaq borclarını ödəməklə diqqət çəkən məşhur türkiyəli müğənni Çelik indi də başqa bir hərəkəti ilə gündəm olub.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çelik Samsun şəhərində zibil qablarından kağız toplayaraq çörək pulu qazanan Serpil adlı qadına dəstək olub.
Belə ki, o, küçələrdəki zibil qablarından kağız yığıb.
Çelikin bu hərəkəti ətrafdakılar və sosial media istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Məşhur müğənni ağır şəraitdə işləyən təkrar emalı işçilərinin üzləşdiyi çətinliklərə diqqət çəkdiyi bildirilir.