Bu dəfəki Sosial yardım artımı əhalini qane edəcək? Konkret RƏQƏMLƏR | Icma.az
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, əməkhaqqı, minimum pensiya və sosial ödənişlərin artımı üçün 2025-ci ilə dövlət büdcəsində vəsait nəzərdə tutulub.
Bəs, sosial yardım nə qədər artırılacaq? Bununla bağlı Vüqar Bayramov öz Facebook səhifəsində paylaşım edib.
Moderator.az paylaşımı təqdim edir: "Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq.
Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir.
Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq.
Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.
Aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır.
Tam oxu
Xəbəri oxu