Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
“Ukraynanın NATO-ya üzvlüyü? Bu, Rusiya ilə müharibə və ertəsi gün Üçüncü dünya müharibəsi demək olardı".
Ölkə.Az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO və Avropa İttifaqına üzv olmasının mümkün nəticələri barədə danışarkən deyib.
"Eyni zamanda, Aİ-nin Ukraynanı qəbul etməkdə düşüncəsiz tələskənliyi cəbhə xəttini Avropanın düz mərkəzinə çəkəcək. Bu, diplomatiya deyil, dəlilikdir – barıt çəlləyinə kibrit atmaq olmaz. Avropanı döyüş meydanına çevirməyə biz imkan verməyəcəyik”, – deyə Orban bildirib.
Qeyd edək ki, iyunun 26-da Avropa İttifaqına üzv ölkələr Ukrayna ilə bağlı birgə bəyanat yayımlayıb. Bu sənədi dəstəkləməyən yeganə ölkə Macarıstan olub.
Ölkə.Az