Bu, dəlilikdir Trampın ədliyyə naziri seçimi etirazla qarşılandı

14.11.2024

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri ədliyyə naziri və baş prokuror vəzifələrinə respublikaçı Met Getsin namizədliyinin  irəli sürülməsini etirazla qarşılayıblar.

Azpost.info xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Nazirliyini bəzi əməkdaşları ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qərarını dəlilik və çılğınlıq hesab ediblər.

Nazirliyinin nümayəndələrindən biri televiziya kanalına müsahibəsində hələ dövlət başçısının səlahiyyətlərini qəbul etməyən Trampın təklifini həqiqətən heyrətləndirici adlandırıb.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp noyabrın 13-də ədliyyə naziri postuna Florida ştatından konqresmen Met Getsin namizədliyini irəli sürüb. Floridadan olan respublikaçı Trampın fəal dəstəkçisidir.

Azpost.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью