Bu dəmir yolu bizə milyardlar gətirəcək Paşinyan Zəngəzur dəhlizindən danışdı

12.04.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bizə sağ qalmaq yox, yaşamaq lazımdır”.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri baş nazir Nikol Paşinyan Zəngəzur vilayətinə səfəri zamanı Meğri icmasının Nrnadzor kəndinin sakinləri ilə görüşündə bildirib.

"Bu dəmir yolu bizə zərər verməyəcək, əksinə, bizə milyardlarla mənfəət, təhlükəsizlik, suverenlik, ərazi bütövlüyü, yurisdiksiya və qarşılıqlılıq gətirəcək", - deyə Nikol Paşinyan Meğridən keçən dəmir yoluna işarə edərək bildirib.
Qeyd edək ki, Meğri dəmir yolu Azərbaycanın israrla açılmasını istədiyi Zəngəzur dəhlizindən keçir. Bu yolun aşılması ilə Azərbaycanın Qərb rayonlarının Naxçıvan MR-lə əlaqəsi təmin olunacaq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью