Bu deputata yeni vəzifə verildi

03.02.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisdə daha bir ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.

"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklikdə əksni tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan - Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.

İşçi qrupuna rəhbərlik deputat Səbinə Salmanovaya həvalə edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью