Bu dərəcələr müəllimə üstünlüklər gətirə bilər Məzahir Məmmədli

14.07.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bütün hallarda ümumtəhsil məktəblərində müəllim üçün bakalavr dərəcəsi kifayət edir".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli gələcəkdə orta məktəb müəllimlərinin öz ixtisasları üzrə magistr dərəcəsinə sahib olmalıdırlar təklifinə münasibət bildirərkən dedi.

"Müəllimlərin işə qəbulu imtahanında (MİQ) uğur əldə edənlər müəllim statusunu ala bilirlər. Qaldı ki, magistr, doktorant və ya digər dərəcələrin alınmasına, bunlar müəllimin ziyanına deyil. Bu dərəcələr müəllimə üstünlüklər gətirə bilər. Amma bu, bütün hallarda şərt kimi qoyula bilməz. Hələ ki, qanunvericilikdə bu, şərt kimi nəzərdə tutulmayıb", - deyə müsahibimiz fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью