Icma.az bildirir, Baku.ws portalına istinadən.
İcbari tibbi sığorta çərçivəsində ambulator dərman təminatının ilk mərhələsində arterial hipertenziyanın müalicəsində istifadə olunan preparatların qarşılanması planlaşdırılır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin BAKU.WS-ə verilən məlumata görə, ilkin mərhələdə 28 təsiredici maddə, müxtəlif dozalar və kombinasiyalar nəzərə alınmaqla 76 adda dərman vasitəsi müəyyən edilib. Yekun siyahı təsdiqləndikdən sonra ictimaiyyətə açıqlanacaq.
Dərmanlar təsiredici maddə, doza və farmasevtik formaya əsasən təyin ediləcək. Vətəndaşın ən azı bir dərman alternativini əlavə ödəniş etmədən əldə edə bilməsi planlaşdırılır.
Daha bahalı alternativ seçildiyi halda isə onun qiyməti ilə sığorta tərəfindən qarşılanan məbləğ arasındakı fərqin vətəndaş tərəfindən ödənilməsi nəzərdə tutulur.
Şahanə Xankişiyeva