Bu dəyəri pulla almaq mümkün deyil Matteus Musialanı Messi ilə müqayisə etdi

19.11.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Bayern Münhen"in sabiq futbolçusu Lotar Matteus Münhen komandasının hücumçusu Camal Musialanı Argentina millisinin superulduzu Lionel Messi ilə müqayisə edib.

Fanat.Az xəbər verir ki, "90min" onun sözlərini belə çatdırıb:

"Messi kimi Musialanın da istedadının sərhədi yoxdur. O, yalnız idman baxımından deyil, həm də sima olaraq "Bayern"ə lazımdır. Bəzi futbolçular tezliklə gedəcəklər. Musiala beynəlxalq səviyyədə marketinq əlaqələri üçün önəmli addır. Bu dəyəri pulla almaq mümkün deyil".

Qeyd edək ki, daha öncə Almaniya mətbuatında sözügedən oyunçunun klubu ilə müqavilə yeniləyəcəyi, müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan yeni anlaşmaya imza atacağı barədə məlumatlar yayılıb.

Nihat  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью