Bu dəyişikliyin təsirləri hər gün hiss olunur Muxtar Babayev

16.11.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqlim dəyişikliyinin təsirləri hər gün hiss olunur.

Publika.az xəbər verir ki, bu barədə COP29-un müəyyən edilmiş prezidenti, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində "İtki və zərər üzrə iqlim fəaliyyətinin genişləndirilməsi: Santyaqo Şəbəkəsinin tam fəaliyyətinin təmin edilməsi" mövzusunda planer sessiyasında deyib.

O qeyd edib ki, ekstremal hava daha çox yayılmağa və daha sərtləşməyə başlayıb. Artan təbii fəlakətlər insanları evlərindən didərgin salır və ekosistemləri günü-gündən zədələyir:

“Bu il Pakistan, Tonqa, Efiopiya, Konqo, Karib hövzəsində iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən icmalarla görüşlərdə, digər ölkələrə etdiyimiz səfərlərdə bunun şahidi olduq. Buna görə də bu, COP29-da əsas prioritet olub. Santyaqo Şəbəkəsi itki, zərər və davamlılıq üzrə bilik boşluqlarını doldurmağa kömək edir. Bu il COP29 Prezidentliyi Santyaqo Şəbəkəsinin işə başlamasına kömək etmək üçün çalışdı. COP29-da itki və zərərlə bağlı mühüm irəliləyiş əldə etmişik. Bugünkü tədbir irəliləmək üçün daha bir şansdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью