Bu dil Azərbaycanda ilk dəfə tədris olunacaq

13.10.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Azərbaycanda ilk dəfə suahili dili Azərbaycan Dillər Universitetində tədris olunmağa başlayıb

Kulis.az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın təşəbbüsü və Azərbaycan Respublikasının Keniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə Afrikaşünaslıq ixtisası üzrə suahili dili ADU-nun Dünya dilləri kafedrasında tədris edilməyə başlanılıb.

Bu məqsədlə, Keniyadan suahili dili üzrə mütəxəssis Martin Ndeli Azərbaycan Dillər Universitetinə dəvət olunub.

Kafedranın müdiri professor Nərgiz Seyidova müəllimi tələbələrə təqdim edərək suahili dilinin öyrənilməsinin onların dil biliklərini və dünyagörüşünü genişləndirmək, Afrika xalqlarının mədəniyyətini daha yaxından tanımaq baxımından əhəmiyyətini vurğulayıb.

Suahili dilinin tədrisi Azərbaycanla Kenya və Afrika regionunun digər ölkələri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsinə töhfə verə bilər. Bu təşəbbüs tələbələr üçün yeni ünsiyyət imkanları yaradaraq xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət edəcək.

"Xəyanət bəni-insanın mayasındadır..." - İsa Muğannanın "Məhşər" romanından bir hissə Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi “Dəfinələr adası” ekranlaşdırılacaq – Tanınmış rejissor tərəfindən
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью