Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müraciətlərin təhlili onu göstərir ki, vətəndaşlarımızın bir hissəsi xarici ölkələrdə təhsil alarkən aidiyyəti qurum tərəfindən yerli akkreditasiyadan keçməyən və müvafiq dövlət lisenziyası olmayan təhsil müəssisələrində təhsil alır.
KONKRET.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) yaydığı məlumatda deyilib.
Bildirilib ki, qaydaların qeyd olunan müddəasındakı normativ tələbləri qarşılamayan və müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin verdiyi ali təhsil sənədlərinə TKTA tərəfindən imtina verilir.
Diplomları tanınmayan universitetlərin siyahısı ilə bu keçiddən tanış olmaq mümkündür.
Eyni zamanda bildirilib ki, xaricdə əldə olunan kvalifikasiyaların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün TKTA-ya edilən müraciətlərin ekspertizası nəticəsində Qaydaların 4-cü maddəsində qeyd olunan tanınma üzrə ümumi tələblərə cavab verməyən və ən çox imtina alan universitetlərin siyahısı müəyyən olunub.
Siyahı, ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə etməkdədir.
Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri aşağıdakılardır: Akkreditasiyasız ali təhsil müəssisəsi; Təhsil aldığı ölkənin ərazisində təhsilin normativ müddətindən az olması; Dövlət nümunəli olmayan diplom; Təhsil forması; Tədris yükünün normativdən az olması; Həmçinin bildirilib ki, oktyabr ayı üzrə 665 müraciətçinin 540-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 125 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.