Bu dörd lider İstanbulda görüşə bilər Hakan Fidan

30.05.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İstanbulda keçirilən danışıqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşlə baş tuta bilər". 

 "Unikal" xəbər verir ki,  bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andrey Sibiqa ilə mətbuat konfransında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Ukraynada sülh yolu ilə nizamlanma  bir il ərzində əldə oluna bilər.

"Biz (İstanbulda) danışıqların konkret nəticə verə biləcəyini sübut etdik. İstanbulda qazanılan sürətin davam etməsini istəyirik", - Fidan əlavə edib. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью