525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sakit okeanda yerləşən Nauru dövlətinin adı dəyişdirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, indən belə ada-dövlət Naoero Respublikası adlandırılacaq.
Bu barədə hökümətin rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb. Bundan başqa Naoero Respublikası tanınmayan Cənubi Osetiya və Abxaziya ilə diplomatik əlaqələrin dərhal dayandırıldığını da elan edib. Bu barədə diplomatik yollarla bilgi ötürüləcəyi qeyd olunub.
Xatırladaq ki, Naoero Respublikası Sakit okeanın qərbində, Mikroneziya regionunda ekvatorun yaxınlığında yerləşən kiçik bir ada-dövlətdir. 21,3 kv.km əraziyə malik olan respublikanın əhalisi cəmi 13,5 mindir.
L.Tağıyeva