Bu dövlət Agentliyində yeni təyinat olub

20.09.2026

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) yeni təyinat olub. SİA İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şahməddin Abdullayev İRİA-nın Data İdarəetməsi departamentinin direktoru vəzifəsinə təyin edilib. O, əvvəllər "PAŞA Bank"da müxtəlif vəzifələrdə, o cümlədən data əməliyyatları şöbəsinin rəhbəri, BI və data analitikası istiqamətində rəhbər vəzifələrdə çalışıb.

Xatırladaq ki, daha əvvəl İRİA-da Data İdarəetməsi departamentinin direktoru vəzifəsində 2023-cü ildən cari ilin aprelinə qədər Kamran Ağayev işləyib.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью