Bu dövlət bizə babalarımızdan qalan müqəddəs mirasdır | Icma.az
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyada bir günü tarixə çevirmək, həm də şərəfli tarixə çevirmək, hər kəsə nəsib olmur.
O günü yaddaşlarda möhkəmləndirmək və əbədi yaşatmaq, yalnız böyük şəxsiyyətlərin qismətidir. Belə tarixi şəxsiyyətlərimiz çox olub.
Əgər o tarix bir dövlətin azadlığı, suverenliyi, bütövlüyü, bir millətin istiqlalı, firavanlığı və üzüağlığı uğrunda yazılıbsa, dövlətin siyasi qüruru və millətin mənəvi qüruru uğrunda atılan addımlar, heç vaxt nankorluqla qarşılanmamalıdır.
Şər, böhtan, şantaj və riyakarlıqla yaşayanlar bu dəyərləri heç vaxt dərk edə bilməzlər.
Çünki elə onların özləri tərəfindən dövlətin hər bir uğuru - onların uğursuzluğu, dövlətin qüruru - onların qürursuzluğu, millətin vicdanı isə - onların vicdansızlığı kimi qəbul olunur.
Elm bu cür insanların vəziyyətini "şəxsiyyətin deqradasiyası" adlandırır.
Bizim bir dövlətimiz var — bu dövlət bizə babalarımızdan qalan müqəddəs mirasdır.
Tam oxu
Xəbəri oxu