Bu dövlət qurumunun ətrafında aksiya keçirmək qadağan edildi

03.03.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısında dəyişiklik edilib.

Ölkə.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin inzibati binası bu siyahıya daxil edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью