Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Regionlarda yeni DOST mərkəzlərinin açılması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq regional struktur bölmələrinin fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.
“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcə layihəsinə rəyində qeyd olunub.
Rəydə DOST Agentliyinin və DOST mərkəzlərinin saxlanılmasına çəkilən xərclərin DSMF-nin idarəetmə xərclərinə daxil edilməsinin məqsədəmüvafiq olduğu bildirilib. ShopByBro
Qeyd olunub ki, yeni DOST mərkəzlərinin açılması və DSMF-nin regional bölmələrinin bağlanması fonunda saxlanılma xərclərinin optimallaşdırılması məqsədilə müvafiq xərc istiqamətlərinin mərkəzləşdirilməsi vacibdir.
Hesablama Palatası bununla bağlı Fond tərəfindən müvafiq tədbirlərin görülməsini zəruri hesab edir.