Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Prezidentin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikasının vətəndaşı olan gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində bakalavriat, magistratura və ya doktorantura səviyyələri üzrə təhsilinin maliyyələşdirilməsi dünyada çox az dövlətlərin həyata keçirə bildiyi dövlətin öz gənc vətəndaşlarına göstərdiyi atalıq qayğısının nümunəsidir.
Xarici ölkələrin bu istiqamətdə bu prosesi daha çox təhsil kreditlərinin müxtəlif formaları şəklində həyata keçirdiklərinin şahidi oluruq.
Azərbaycan dövlətinin təhsildə uğur qazanmış öz bacarıqlı gənclərinə bu möhtəşəm imkanı yaratmasının təhsildən sonrakı dövrdə də mütəxəssis istehsalat transformasiyanın da önəmli olmasını vurğulamalıyıq”.
Ölkə.Az xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, xüsusilə dəqiq elmlər informasiya texnologiyaları, süni intellekt səhiyyə və səhiyyə idarəçiliyi sahəsində olan ixtisaslara dünyada və xüsusən ölkəmizdə ciddi ehtiyac duyulması müşahidə olunmaqdadır.
“Bu istiqamətdə dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almış gənclərin real sektora yönləndirilməsi bu sahələrin inkişafına gətirib çıxardacaqdır.
Xüsusən bu sahələrdə dünya standartlarına cavab verən mütəxəssislərə ölkəmizdə ciddi ehtiyac duyulur”, - o qeyd edib.