Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi yeni “Hörümçək Toru” əməliyyatı Rusiya ordusuna qarşı ən uğurlu hücumlardan biri kimi dəyərləndirilir.
Əməliyyat çərçivəsində Ukrayna pilotsuz uçuş aparatları və xüsusi təyinatlı bölmələr vasitəsilə Rusiyanın işğal altındakı Donbas bölgəsindəki əsas komanda mərkəzlərinə və logistika xətlərinə ağır zərbələr endirib.Maraqlıdır, bu əməliyyat gələcəkdə Ukraynanın qələbəsini təmin edən dönüş nöqtəsinə çevrilə bilərmi?
Mövzunu KONKRET.az-a politoloq Zeynal Əmrəliyev şərh edib: “Baş verən əməliyyat şübhəsiz ki, dünya hərb tarixində özünəməxsus yeri ilə seçiləcək.
Eyni zamanda, müharibənin gedişində Ukraynanın Rusiyaya vurduğu ən ciddi zərbələrdən biri hesab olunur.
Bu əməliyyat öz unikallığı ilə də fərqlənir. Qədim Yunan mifologiyasındakı Troya savaşlarına bənzədilməsi təsadüfi deyil.
Dronların yük maşınları vasitəsilə Rusiya ərazisinə yeridilməsi və oradan hücum məntəqələrinə buraxılması Troya atı ilə uzlaşan bir hadisədir.
Bütün bu uğurlu detallarına baxmayaraq, sözügedən əməliyyatın Rusiya-Ukrayna müharibəsinin ümumi gedişinə həlledici təsir göstərəcəyini demək bir qədər inandırıcı olmaz.