Bu DSKların tərkibində dəyişiklik edildi

06.11.2024

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik olub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.

5 saylı Babək-Naxçıvan-Culfa saylı seçki dairəsinin həlledici səs hüquqlu üzvü vəfat etdiyi üçün onun yerinə Cahangir Seyidovun təyin edilməsi təklif edilib.

21 saylı Nəsimi-Binəqədi seçki dairəsinə həlledici səs hüquqlu üzv kimi Akif Abbasovun namizədliyi irəli sürülüb.

Rövşən Vəliyevin 41 saylı Gəncə-Samux- Goranboy seçki dairəsinə, Cavid Binnətovun isə 83 saylı Beyləqan seçki dairəsinə üzv seçilməsi təklif edilib.

Qeyd olunan qərarlar səsə qoyularaq qəbul edilib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью