BU DÜNYA MƏNİ QORXUDUR Şeir

08.02.2025

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Aramızdan mürvət qaçıb,
Haqq, ədalət göyə uçub,
İblis yerdə bazar açıb,
Bu dünya məni qorxudur.

Çoxalıbdır yolun azan,
Üzə gülən, quyu qazan,
Hara baxır taleh yazan?
Bu dünya məni qorxudur.

Çoxalıbdır yalan-palan,
Göylə gedir pulu olan,
Vay halına yerdə qalan,
Bu dünya məni qorxudur.

Heç tanımır it yiyəsin,
Çəkmək olmur dərd, çiləsin,
Allah kəssin lap beləsin,
Bu dünya məni qorxudur.

Haram olub bizə doğma,
Qaçaq düşüb halal loğma,
Qardaş o dünyadan qorxma,
Bu dünya məni qorxudur.

ŞAMİL 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью