Bu dünya nərdivandı Nəriman Həsənzadə

17.06.2026

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Xalq şairi Nəriman Həsənzadənin "Nərdivan" şeirini təqdim edir.

Bu dünya nərdivandı,-
Qalxanda mehribandı,
Enəndə nə yamandı...

Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.

Onu arzularına
Qaldırırdı nərdivan,
Məni xatirələrə
Endirirdi
Bu zaman.

Birimiz-günçıxana,
Birimiz günbatana...
Qalxa bilməzdim daha,
Nə o güc,nə o taqət.

O da enə bilməzdi,-
Haqlı,haqsız
Vermişdi,öz hökmünü təbiət,
Gərək ya düşməyəydi

Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya...

Bakıda ABŞ məzunları sərgisi təşkil edildi Balaca qadın - Frans Kafkanın novellası Mətanətlə, dəyanətlə qoşam mənim, Şuşam mənim! - Günün şeiri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью