525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Bir sıra dövlətlər, o cümlədən Azərbaycan hökuməti də öz aktivlərini qiymətli metallarda saxlamağa üstünlük verib. Bu, düzgün qərardır”.
Bunu 525.az-a iqtisadçı ekspert Asif İbrahimov bildirib. Onun dediyinə görə, məhz bu qərarın nəticəsində Dövlət Neft Fondunun ehtiyatları təxminən 10 milyard ABŞ dolları həcmində artıb:
”Qızılın qiymətinin artması təsadüfi deyil. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra dünya düzəni ciddi şəkildə pozuldu. Yaxın Şərqdə baş verən proseslər, Karib dənizi ətrafında yaşanan hadisələr, Venesuela və digər ölkələrdəki vəziyyət fonunda dünya sürətlə silahlanmaya doğru gedir. Belə bir xaos şəraitində insanlar etibarlı limanlar axtarmağa başladılar və qızıl zinət əşyasından daha çox investisiya alətinə çevrildi. Bu şəraitdə Azərbaycan Dövlət Neft Fondu da həmin istiqamətdə alışlar həyata keçirdi. Qızılın qiymətinin ən azı 2026-2030-cu illər arasında ciddi şəkildə ucuzlaşacağını düşünmürəm. Əksinə, 2026-cı ildə qiymətlərin bir qədər də artacağı ehtimalı yüksəkdir, xüsusən də mövcud qlobal proseslər davam edərsə".
Sevinc Qarayeva