Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əməkdar artist Aqşin Abdullayev fevralın 1-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
Əməkdar artist konsertdən öncə Musavat.com-un suallarına cavab verib.
Müsahibəni təqdim edirik: - Fevralın 1-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcəksiniz.
Konsertdə sevənlərinizi nələr gözləyir? - Konsertdə 100 nəfərə yaxın böyük bir komanda çalışır.
Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və mənim orkestrim olacaq.
Bizim dəyərli aktyor və aktrisalarımız, xalq artistləri Həmidə xanım Ömərova, Sabir Məmmədov yer alacaq.
“Talant” rəqs qrupunun çıxışları olacaq. Konsertin rejissoru Ülviyyə Könüldür.