Bu əclaflara təşəkkür etmək istəyirəm... Simonyan

28.11.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Rusiya pulları və keçmişdə oğurlanmış vəsaitlərlə maliyyələşən, hakimiyyətə qayıtmaq üçün can atan müxalifət saytları peyda olub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Feysbuk hesabında qeyd edib.

“Bunlar sanki yağışdan sonra göbələk kimi çoxalaraq axmaq-axmaq materiallar dərc edirlər. Eyni zamanda "saxta" hesablarla onlarla digər mənəviyyatsız ünsür şərhlər bölməsinə doluşub ağızlarına gələni – söyüşləri, təhqirləri yağdırırlar. Bu əclaflara təşəkkür etmək istəyirəm. Siz bizim ideal rəqiblərimizsiniz: savadsız, bəsit, pul hərisi və pulla sifariş yerinə yetirənlər. Məhz siz bizim hakimiyyətimizin mövcudluğunun təminatısınız. Sizə təşəkkür edirəm”, - Simonyan vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью