Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.
Publika.az xəbər verir ki, Sammitdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş G20 ölkələrinin dünyada hava çirkləndiricilərinin 80 faizinin yaranmasına cavabdeh olduğunu deyib.
“Sizin qəzəbli olmağa tam haqqınız çatır, mən də qəzəbliyəm.
Çünki baş verən bu ədalətsizlik, dənizlərin səviyyəsinin yüksəlməsi sizin adaların gələcəyini təhlükə altına alır, sakinlər təbii fəlakətlərdən əziyyət çəkir, iqtisadiyyata böyük zərbə dəyir.
Bu ədalətsizliyə son qoyulmalıdır”. Baş katib diqqətə çatdırıb ki, yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlmək üçün ki
Bu məqsədlə də iqlim maliyyələşməsinin uğurla razılaşdırılması tələb olunur.
COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, son aylarda Antiqua və Barbudadan Barbados və Tonqaya qədər çoxlu səfərlər edib və kiçik ada dövlətlərinin qarşılaşdığı çətinlikləri dərindən öyrənib.