Bu ehtiyat hissəsi maşınla bağlı bütün məlumatları özündə toplayır FOTO

02.06.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təhlükəsizlik kəməri sürücülər və sərnişinlər üçün təkcə qəza anında qoruyucu vasitə deyil.

Avtosfer.az xəbər verir ki, bu vasitə gündəlik həyatda avtomobil sahiblərinə bir sıra hallarda yardımçı ola bilər. Mütəxəssislər təhlükəsizlik kəmərinin az bilinən, lakin vacib olan dörd funksiyasını açıqlayıb.

Belə ki, avtomobil hərəkətsiz qaldıqda və ətrafda yardım edən olmayanda kəmər sükanın üzərindən keçirilib avtomobilin qapısı bağlanaraq istifadə edilə bilər. Bu üsul vasitəsilə sürücü avtomobili nəzarətdə saxlaya bilir və sükanın hərəkət etməsinin qarşısını alır.

Digər maraqlı detal isə avtomobil alarkən onun su basqınına məruz qalıb-qalmadığını müəyyənləşdirmək imkanıdır. Kəmər tam uzunluğa çəkilərək arxa hissəsində kif, palçıq və ya digər izlər olub-olmadığı yoxlanılır. Əgər bu cür izlər varsa, həmin avtomobilin əvvəl su altında qalma ehtimalı yüksəkdir.


Üçüncü məqam avtomobilin qəza keçirməsi ilə bağlıdır. Bunun üçün təhlükəsizlik kəmərinin istehsal tarixi ilə avtomobilin istehsal etiketindəki tarix müqayisə olunmalıdır. Əgər tarixlər fərqlidirsə, bu, həmin kəmərin dəyişdirildiyini və avtomobilin əvvəl qəzaya uğradığını göstərə bilər.

Dördüncü və çox önəmli istifadə sahəsi isə uşaq təhlükəsizliyinə aiddir. Uşaq oturacaqları avtomobildə təhlükəsizlik kəməri vasitəsilə düzgün bərkidilməlidir. Əks halda qəza zamanı uşaq həyat üçün təhlükəli vəziyyətə düşə bilər.

Bu detallara diqqət yetirmək təkcə şəxsi təhlükəsizliyi deyil, həm də avtomobilin keçmişi və texniki vəziyyəti barədə önəmli məlumatların əldə olunmasını təmin edir.


Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью