Icma.az, Saglamolun portalına istinadən məlumat verir. Təngnəfəslik və hava çatışmazlığı əlaməti bir çox insanlarda müşahidə edilir.
Bu zaman insan istədiyi qədər ciyər dolusu nəfəs almağa çalışır, amma qəbul etdiyi hava onu yetərincə təmin etmir.
Bu əlamətə bir çox xroniki xəstəlikləri olanlarda rast gəlinir.
Nəfəs alıb-verərkən ağciyərləri və bütün orqanizmin oksigenlə təmin olunmaması insanda təngnəfəsliyə səbəb olur. 1.
Hava çatışmazlığına səbəb olan amillərdən ən başda gələni nəfəs yollarının xəstəliyidir ki, bunlardan ən birincisi bronxial astma xəstəliyidir.
Ağciyərin ostruktiv bronxit xəstəliyi, allergiya xəstəliyi də hava çatışmazlığına səbəb olur.
Bu xəstəliklər səbəbindən baş verən təngnəfəslik və hava çatışmazlığını aradan qaldırmaq üçün baş vermə səbəbini mütləq aydınlaşdırmaq və müalicə almaq lazımdır.
2. Ürək xəstəlikləri də təngnəfəsliyə və hava çatışmazlıqlarına səbəb olur.