Olke.az saytına istinadən Icma.az xəbər verir.
"Maqnezium çatışmazlığı ürək-damar sistemi pozuntularına səbəb ola bilər".
Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə nevroloq Yelena Miroşnik danışıb.
Onun sözlərinə görə, maqnezium defisiti uzun müddət hiss olunmaya bilər.
Həkim qeyd edib ki, maqnezium çatışmazlığının simptomları spesifikdir. Sinir sistemi tərəfdən bu hal: əsəbilik, narahatlıq, panik ataklar, xroniki yorğunluq, yuxu pozuntuları, baş ağrıları, diqqətin zəifləməsi kimi əlamətlərlə özünü göstərə bilər.
O qeyd edib ki, əzələ sistemi ilə bağlı simptomlara: qıcolmalar, spazmlar, əzələlərin qeyri-iradi dartılması (o cümlədən göz qapaqlarının), ətraflarda iynələnmə və keyimə daxildir.
Bundan əlavə, maqnezium çatışmazlığı ürək-damar sisteminin fəaliyyətinin pozulmasına da səbəb ola bilər. Bu zaman ürək döyüntüsünün sürətlənməsi, ritm pozuntuları, arterial təzyiqin yüksəlməsi müşahidə oluna bilər.
Həkim vurğulayıb ki, uzunmüddətli və ciddi defisit zamanı ürəkbulanma, iştahanın azalması, ümumi halsızlıq yarana bilər.
Kalsiumun mənimsənilməsinin pozulması nəticəsində osteoporoz riski artır, qadınlarda isə premenstrual sindromun əlamətləri tez-tez daha da güclənir.
Həmidə İbrahimova