Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Miqren adətən bir tərəfli, döyücü və ya şiddətli ağrı ilə müşayiət olunan xroniki nevroloji bir xəstəlikdir.
Bu ağrıya tez-tez ürək bulanması, qusma, işığa və səsə qarşı həssaslıq da qoşulur.
Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, miqren tutması zamanı ilk növbədə sakit və qaranlıq bir yerə çəkilmək lazımdır.
Parlaq işıqlar və yüksək səslər miqren ağrısını daha da artırır.
Ağrı başladıqda mümkün qədər sakit, sərin və qaranlıq bir məkanda dincəlmək simptomları yüngülləşdirə bilər.
Əgər həkim tərəfindən təyin olunmuş dərman varsa, onu tutmanın ilk əlamətləri görünən kimi qəbul etmək lazımdır, çünki vaxtında qəbul olunmayan dərmanların təsiri zəifləyə bilər.
Alına və ya ense nahiyəsinə qoyulan soyuq kompres də damarların daralmasına və ağrının azalmasına kömək edə bilər.