Bu əlamətlər varsa... Bağırsaq xərçəngindən şübhələn

16.11.2024

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bağırsaq şişinin ilkin mərhələsi poliplərlə başlayır. Poliplər bağırsağın xoşxassəli törəməsidir, lakin sonradan bədxassəliyə çevrilə bilər.

Medicina.az bağırsaq xərçənginin yaranma səbəblərini təqdim edir:

- Genetik irsi amillər. Nənə-baba, valideynlərdə bağırsaq polip və şişləri varsa, uşaqlarda yaranma riski 50%-dən çoxdur

- Bağırsaqlarda illərlə davam edən kolit, Kron xəstəliyi, iltihabi proseslər

Bağırsaq onkologiyasının əlamətləri:

- Qarında yayılmış ağrılar

- İştahanın kəsilməsi

- Ət yeməkdən imtina

- Diareya və qəbizliyin uzun müddət davam etməsi

- Nəcisdə və anusda qan izləri

- Nəcisin qara rəng alması

- Hərarətin səbəbsiz yüksək olması

- Qanazlığı

- Bədəndə halsızlıq, başgicəllənmə

Doğrudur, bu əlamətlər digər mədə-bağırsaq xəstəliklərində də çox aktualdır. Ona görə bağırsaq şişlərinə ilkin mərhələdə diaqnoz qoymaq çətinlik yaradır.

Müayinə:

- Qastroenteroloq, cərrah palpasiya ilə qarını yoxlayır

- Duz bağırsaq yoxlanılır

- Kolonoskopiya - bütün bağırsaq sistemini yoxlamağa imkan verir

- Bağırsaq rentgeni

- KT vasitəsilə şişin yeri və figər orqanlara metastazını aydınlaşdırmaq olur

- Nəcis analizi

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью