Bu element çatışmayanda diabet yaranır Mütləq diqqət edin! | Icma.az
Icma.az, Saglamolun portalına istinadən məlumat verir. Xrom - insan üçün hava-su kimi lazım olan vacib fermentdir.
O, metabolizm, yağ turşuları, karbohidrat, zülal və xolesterin sintezində açar rolunu oynayır.
Qanda şəkərin səviyyəsini, insulinin aktivliyini tənzimləyir.
Orqanizmində kifayət qədər xrom olan insanlarda diabet və ateroskleroza tutulma riski azdır.
Xrom damarları tutan xolesterin və yağ bloklarını təmizləyir, miokard infarktının qarşısını alır.
Milli.Az xəbər verir ki, yaşlı insanın gündəlik xrom tələbatı -50-200 mkq-dır.
Orqanizmdə xrom çatışmazlığı əlamətləri: -Yorğunluq, yuxusuzluq, narahatlıq -Baş ağrıları, spazmlar -Nevralgiya ağrıları -əzələ kordinasiyasının pozulması -əl-ayaqda əsmə -hiperqlikemiya, hipoqlikemiya -metobolizm pozğunluğu -qanda triqliseridlərin və xolesterinin çoxalması - ürəyin işemik xəstəlikləri -bədən kütləsinin çox dəyişməsi - çox kökəlmə və ya arıqlama -kişilərdə reproduktiv funksiyasının azalması Orqanizm xromu su, hava, qida ilə qəbul edir.
Xromun sovrulması qalın bağırsaqda baş verir, mənimsənilməmiş xrom nəcislə xaric olur. Daha böyük miqdar xrom isə öd şirəsi ilə itirilir.
Tam oxu
Xəbəri oxu