Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycan və Qazaxıstanın energetika sahəsində tərəfdaşlığı Xəzər hövzəsində əməkdaşlığı daha da gücləndirəcək. Bu razılaşma enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir”.
Bunu Demokrat.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.
O qeyd edib ki, neft və qazın daşınması marşrutlarının şaxələndirilməsi üçün yeni imkanlar yaradır.
“Saziş iki ölkə arasında texnoloji və təcrübə mübadiləsini sürətləndirə bilər. Xüsusilə bərpa olunan enerji sahəsində birgə layihələrin reallaşması perspektivi diqqət çəkir. Bu əməkdaşlıq Azərbaycanın tranzit ölkə kimi rolunu daha da artıracaq. Qazaxıstan üçün isə Avropa bazarlarına çıxış imkanları genişlənə bilər. Energetika sahəsində koordinasiyalı siyasət regional sabitliyə də müsbət təsir göstərəcək. Saziş Xəzər dənizi üzərindən enerji əməkdaşlığının institusional əsaslarını möhkəmləndirir. Eyni zamanda, uzunmüddətli investisiyaların cəlb olunması üçün etibarlı hüquqi baza formalaşdırır. Bu baxımdan sənəd təkcə ikitərəfli deyil, regional enerji bazarı üçün də strateji əhəmiyyət daşıyır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bunu Demokrat.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.