Bu əməli törədənlər 8 ilədək həbs olunacaqlar

23.06.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.

Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, yuxarıda qeyd olunan əməllər virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə, cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə  2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

244-1.3-cü maddəyə edilən dəyişikliyə əsasən isə cəza sanksiyası 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur.

244-1.4-cü maddə də cəza sanksiyasının 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması əksini tapıb.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью