Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Diskektomiya – sinir köklərinə təzyiq göstərən fəqərəarası diskin hissəvi və ya tam çıxarılmasıdır.
Fəqərəarası disklər amortizator rolunu oynayır və onurğanın hərəkətliliyini təmin edir.
Travma və ya degenerativ dəyişikliklər səbəbindən diskin yerdəyişməsi və ya qabarması baş verir ki, bu da onurğa beynindən çıxan sinirlərin sıxılmasına gətirib çıxarır.
Sinirin sıxılması da öz növbəsində ağrı, keyimə, əzələ zəifliyi, hərəkət funksiyalarının və disk yırtığının yerləşməsindən asılı olaraq digər funksiyaların pozulmasına səbəb olur.
Güclü ağrıya və ətrafların funksiyalarının pozulmasına səbəb olan, konservativ müalicəyə (məsələn, dərman və ya fizioterapiya) cavab verməyən disk yırtığı diskektomiya əməliyyatı üçün göstəriş sayılır.
Əməliyyat icbari tibbi sığorta hesabına qarşılanır. Disk hissəvi və ya tam çıxarıldıqdan sonra onurğanı sabitləşdirmək üçün istifadə olunan
Əməliyyat zamanı müasir standartlara cavab verən beynəlxalq sertifikatlı implantlardan istifadə olunur.