Bu əməliyyatı pulsuz etdirə bilərsiniz: Vətəndaşların DİQQƏTİNƏ VİDEO

24.11.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Fəqərəarası disk yırtığı hər kəsin bildiyi - qrija əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır.

Redaktor.az Xəzər TV-yə istinadla xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova deyir ki, əməliyyatdan öncə isə bir sıra diaqnostik müayinələrdən keçmək tələb olunur. Onun sözlərinə görə, əməliyyat zamanı müasir standartlara cavab verən beynəlxalq sertifikatlı implantlardan istifadə olunur və və bu proses icbari tibbi sığorta tərəfindən qarşılanır.

Onun sözlərinə görə, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində icbari tibbi sığorta hesabına 3500-ə yaxın disk yırtığı  əməliyyatı icra olunub.

  
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью