Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İcbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin yenilənməsi məqsədilə təşkil edilən növbəti ictimai müzakirələrdə Azərbaycan Neyrocərrahlar Assosiasiyası və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvləri, TƏBİB və Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrinin neyrocərrahları, oftalmoloqları və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) nümayəndələri iştirak ediblər.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qeyd edib ki, müzakirələrin məqsədi neyrocərrahiyyə və oftalmoloji xidmətlərlə bağlı yenilənəcək Xidmətlər Zərfində həkimlərin gözləntilərini və fikirlərini öyrənməkdir: “Neyrocərrahiyyə və oftalmologiya - tibbin ən önəmli sahələrindəndir.
Bu xidmətlərin vətəndaşlar üçün əlçatan olması insanlar üçün həyati əhəmiyyət kəsb edir.
Bu sahənin mütəxəssisləri olaraq təklif edilən dəyişikliklərlə bağlı sizin fikirlərinizi öyrənmək bizim üçün vacibdir.
Məqsədimiz bu xidmətləri vətəndaşlarımız üçün daha əlçatan etməkdir”.
Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva bildirib ki, bütün dünyada olduğu kimi ölkəmizdə də bu xidmətlərə tələbat yüksəkdir: “Yeni Xidmətlər Zərfində xidmətlərin adlarının 70%-də dəyişiklik edilib.
Tibbi xidmətlərin adı daha dolğun və izahlı yazılıb. Məqsəd ondan ibarətdir ki, Xidmətlər Zərfindəki xidmətlər istifadəçilər tərəfindən aydı