“Bu əmri verənlərin adları və rütbələri məlumdur” | Icma.az
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada aparılan araşdırma hava gəmisinin “Pantsir S-1” hava hücumundan müdafiə vasitəsi tərəfindən vurulmasını təsdiq edib.
Bu barədə məlumatı öz mənbələrinə istinadən “Caliber” yayıb.
Bildirilib ki, sözügedən hava hücumundan müdafiə vasitəsi Rusiyaya Suriyadan gətirilib.
Həmçinin qeyd olunub ki, Rusiya təhqiqatı Azərbaycan təyyarəsinə qarşı radioelektron mübarizə sistemlərinin tətbiqini təsdiqləyib.
Sözügedən sistemlərin tətbiqi təyyarənin idarəetmə sisteminin sıradan çıxması ilə nəticələnib.
“Rusiyada aparılan istintaq təkcə mülki təyyarəyə atəş açan şəxsi deyil, həm də bu əmri verəni müəyyənləşdirib.
Üstəlik, redaksiyamıza artıq bu şəxslərin adları və rütbələri bəllidir, biz bu məlumatı lazım olan vaxtda mütləq oxucularla paylaşacağıq.
Tam oxu
Xəbəri oxu