“Bu, ən böyük imtahandır” Qurban Qurbanov

27.01.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Sınaqlarım çox olub. Həmin sınaqlardan şükür olsun ki, pis çıxmamışıq”.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda “Liverpul”a qarşı keçirəcəkləri matçdan öncə “bu oyunu karyeranızın ən çətin sınağı adlandırırsız” sualına belə cavab verib:

“Sabah daha yaxşı nəticə əldə etmək üçün şansımız var. Əgər bu cür böyük oyunda uğur əldə etmək imkanımız varsa, bu sınaqdır, imtahandır və məsuliyyətdir. İndiyədək olan imtahanların içində ən yüksəkdə olanı budur”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью